XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 March 2021 - 09:12

Dünyada ötən sutka koronavirusa 416 mindən çox yoluxma qeydə alınıb –ÜST

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 416 mindən çox artıb.

Trend-in “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 416 197 nəfər yeni koronavirusa yoluxub, 10 381 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 114 853 685, ölənlərin isə 2 554 694 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.