XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

05 Mart 2021 - 10:48

Ermənistanda COVİD-19:daha 442 nəfər yoluxub, 7 nəfər ölüb

Ermənistanda son sutkada daha 442 nəfər COVID-19-a yoluxub.

Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 173 749-a çatıb. Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 7 nəfər artaraq 3 215-ə yüksəlib.

COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 822 nəfərdir. İndiyədək 164 463 pasiyent infeksiyadan sağalıb.

Hazırda ölkədə 5 249 aktiv koronavirus xəstəsi var. (report)