XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 March 2021 - 14:40

Türkiyədə xüsusi əməliyyat keçirildi –33 nəfər həbs edildi

Türkiyədə xüsusi əməliyyat keçirilib.

Türkiyə KİV-i xəbər verir ki, Ankara, İstanbul, İzmir və Yozqat şəhərlərində eyni vaxtda mütəşəkkil cinayətkarlığa qarşı əməliyyat keçirilib.

Əməliyyat nəticəsində “Tokatçılar” kimi tanınan qruplaşmanın 33 üzvü saxlanılıb. Qruplaşmanın üzvləri böyük fırıldaqçılıq əməliyyatları ilə məşğul olublar. Hazırda araşdırmalar və qruplaşmanın digər üzvlərinin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. (Unikal.org)