XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 March 2021 - 18:20

Tokio olimpiadası yenidən təxirə salınmayacaq –Təşkilat Komitəsi

Tokio-2020 Yay Olimpiya Oyunlarının növbəti dəfə təxirə salınması mümkün deyil.

Bu barədə yarışın Təşkilat Komitəsinin baş katibi Tosiro Muto “Kyodo” agentliyinə müsahibəsində deyib.

O bildirib ki, bu variant, ümumiyyətlə, müzakirə olunmur: “Oyunların yenidən təxirə salınmalı olduğunu deyən insanlar var. Amma məncə, bu, sadəcə mümkünsüzdür. Olimpiadanın bu ilin iyulunda keçirilməsi sonuncu mümkün variantdır”.

Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunları koronavirus pandemiyası ilə əlaqədar 2020-ci il 24 iyul – 9 avqustdan bu il 23 iyul – 8 avqusta təxirə salınıb. Yay Paralimpiya Oyunları isə 24 avqust – 5 sentyabrda gerçəkləşməlidir. (report)