XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

05 Mart 2021 - 17:36

Rusiyada ikinci koronavirus vaksini ilə kütləvi peyvəndləmə başlayır

Rusiyada “EpiVakKorona” vaksini ilə kütləvi peyvəndləmə bu ay başlayacaq.

Trend-in məlumatına görə, peyvəndləmə prosesinin bu ayın ikinci yarısında başlaması nəzərdə tutulur.

Eyni zamanda həmin vaksinin 60 yaşdan yuxarı şəxslərin peyvənd olunması üçün təsdiqləndiyi bildirilib.

Qeyd edək ki, “EpiVakKorona” Rusiya istehsalı olan və qeydiyyata alınmış ikinci koronavirus vaksinidir. Bundan əvvəl “Sputnik V” vaksini də qeydiyyata alınmışdı.