Böyük Britaniyada məzun olan xarici tələbələr işləmək üçün daha 2 il ölkədə qala biləcəklər.
Krallıqda təhsilini müvəffəqiyyətlə bitirən xarici tələbələrin işləmək və ya iş axtarmaq üçün bu ölkədə daha iki il qala biləcəkləri açıqlanıb. Doktoranturanı bitirən şəxslər isə 3 il müddətində ölkədə qalaraq işləyə və ya iş axtara biləcəklər.
Qəbul edilən qərar iyulun 1-dən tətbiq ediləcək. Lakin bunun üçün müraciət edənlərin iyunun 21-dək Britaniyada olmaları lazımdır.
COVID-19 epidemiyası səbəbindən 2020-2021-ci illərdə öz ölkələrində onlayn akademik təhsilə başlayanlar da bu sistemə müraciət edə biləcəklər(azərtac).