Roma Papası Fransiskin İraqa tarixi səfəri başlayıb.
75 jurnalistin müşayiət etdiyi və minlərlə təhlükəsizlik əməkdaşının cəlb olunduğu tarixi səfər Vatikan kilsəsinin başçısının Bağdada ilk səfəridir.
Bağdad hava limanında Roma Papasını İraqın Baş nasiri Mustafa Əl-Kazımi qarşılayıb. Üçgünlük səfər zamanı Papa Fransisk Bağdad kilsəsini, Nəcəfdə və Mosulda məscidləri ziyarət edəcək, İraqın şiə və sünni dini liderləri ilə görüşlər keçirəcək.
Paytaxt Bağdadda və onun səfər edəcəyi şəhərlərdə təhlükəsizlik tədbirləri gücləndirilib. Papa, həmçinin İbrahim Peyğəmbərin dünyaya gəldiyi Ur şəhərində olacaq, şiələrin lideri Ayətullah Sistani ilə görüşəcək.
Papa Fransisk jurnalistlərə müsahibəsində çox məşəqqətlər görmüş İraq torpağına gəlişini əlamətdar hadisə adlandırıb.
Qeyd edək ki, bu, Papanın ötən ilin noyabrından sonra ilk xarici səfəridir(azərtac).