XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

05 Mart 2021 - 20:56

Əhalisi piylənmədən əziyyət çəkən ölkələrdə COVID-19-dan ölüm daha yüksəkdir- Hesabat

Əhalisinin yaşlı təbəqəsinin əhəmiyyətli hissəsinin artıq çəkidən əziyyət çəkdiyi ölkələrdə yeni növ koronavirusa yoluxma nəticəsində ölüm dəfələrlə çoxdur.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Dünya Piylənmə Federasiyasının (WOF) bu həftə təqdim etdiyi hesabatda deyilir.

Federasiyanın mütəxəssisləri 2020-ci il üzrə məlumatları təhlil edərək əhalisinin yaşlı təbəqəsinin yarısından çoxunun artıq çəkili olduğu ölkələrdə COVID-19-dan ölümün əhalisinin yarısından çoxunun normal çəkiyə malik ölkələrlə müqayisədə 10 dəfə çox ola biləcəyini aşkar ediblər. WOF analitikləri ÜST və ABŞ-ın Cons Hopkins Universitetinin məlumatlarından istifadə edərək müəyyənləşdiriblər ki, COVID-19 qurbanı olmuş 2,5 milyon nəfərdən (fevral ayı etibarilə) 2,2 milyonu yaşlı əhalisinin əksəriyyətinin kilolu olduğu ölkələrdə vəfat edib. Yaşlı təbəqənin 40 faizindən azının əlavə çəkidən əziyyət çəkdiyi ölkələrdə koronavirusdan ölüm göstəricisi 100 min nəfərə 10 halı keçmir.

Hesabatda bu qrupun lideri kimi Vyetnam göstərilib. Orada qeyd olunan göstərici 100 min nəfərə 0,04 nəfər təşkil edir. Yaponiya, Tailand və Cənubi Koreya da bu qrupa daxil ölkələrdir. Yaşlı əhalisinin 67,9 faizində artıq çəki olan ABŞ-da isə bu rəqəm 100 minə 152,49 nəfər təşkil edir.

Hesabat müəlliflərinin də qeyd etdiyi kimi, yaş faktoru bu göstəriciyə müəyyən dərəcədə təsir göstərir, lakin həlledici deyil. WOF rəhbəri Coanna Ralston açıqlamasında bildirib ki, yaşla bağlı heç nə etmək mümkün deyilsə belə, artıq çəkinin yaranmasına təsir edən amilləri kənarlaşdırmaq olar.

“Hökumətlər səylərini artırarsa, bu xəstəliyin təsirini azaltmaq üçün onlara dəstək ola bilərik. Çox sayda onilliklərdir piylənmənin inkişaf etməsinin əsas səbəbləri ilə mübarizədə uğursuzluğu sadəcə müşahidə edənlər yüzminlərlə erkən ölümə görə məsuliyyət daşıyırlar”, – C.Ralstoun deyib.