XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 March 2021 - 23:59

Türkiyədə koronavirus:62 nəfər vəfat edib

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 62 nəfər vəfat edib.

Bu barədə Türkiyənin Səhiyyə Nazirliyinin paylaşdığı son statistika cədvəlində qeyd olunub.

Son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 11 302  nəfər COVID-19 infeksiyasına yoluxub.

Gün ərzində yeni növ koronavirusdan sağalan xəstələr 7 711, ağır xəstələr isə 1232 nəfər olub.

Qeyd edək ki, Türkiyədə indiyədək 2 757 460 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 68 848 nəfər sağalıb, 28 901 nəfər isə həyatını itirib. (apa)