XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 March 2021 - 19:32

Yeni Zelandiyada güclü zəlzələ olub

Yeni Zelandiyanda 6,2 bal gücündə zəlzələ baş verib.

“Report” xəbər verir ki, bunu ABŞ Geologiya Xidməti (USGS) açıqlayıb.

Məlumata görə, yeraltı təkanlar Kermadek arxipelaqı sahillərində, Sakit Okeanda qeydə alınıb.

10 km dərinlikdə baş verən zəlzələ ilə əlaqədar sunami xəbərdarlığı edilməyib.

Dağıntı və itkilər barədə hələlik məlumat verilməyib.