XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 March 2021 - 19:53

Afrikada yenidən Ebola virusu yayılmağa başlayıb

Qvineyada Ebola virusu yayılmağa başlayıb.

Trend-in məlumatına görə, son günlərdə ölkədə virusdan 9 nəfər həyatını itirib.

Xəstələrlə təmasda olmuş 523 nəfər təcrid olunub. Bu günədək ölkədə 1 600-dən çox şəxs Ebolaya qarşı peyvəndlənib.

Eyni zamanda, Konqo Demokratik Respublikasında 4 nəfər Ebolanın qurbanı olub.