XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

06 Mart 2021 - 20:10

Rusiya vətəndaşları Azərbaycandan keçməklə Gürcüstana səfər edə bilərlər

Rusiya vətəndaşlarının Gürcüstana səfər etmələri üçün bəzi qaydalar yumşaldılıb. Yeni qaydalara əsasən, Rusiya vətəndaşları martın 6-dan başqa ölkələrdən keçməklə Gürcüstana səfər edə bilərlər.

Azərtac xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Rusiya və Gürcüstan arasında birbaşa uçuşlar hələki bağlıdır. Ona görə də Rusiya vətəndaşları Gürcüstana birbaşa uçuşların olduğu ölkələrdən gələ bilərlər.

Nazirlik, həmin ölkələr arasında Azərbaycanın və Türkiyənin də olduğunu bildirir.

Qeyd edilib ki, Rusiya vətəndaşları təyyarə ilə birbaşa Bakıya uçaraq, oradan sonra Bakı-Tbilisi reysi ilə Gürcüstana gələ bilərlər.

“Rusiya vətəndaşları Gürcüstana gəldiyi zaman son 72 saat ərzində əldə olunan “PCR” testini təqdim etməlidirlər”, – deyə nazirlikdən bildirilib.