XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 March 2021 - 21:32

Gürcüstan strateji neft-qaz kəmərlərinin mühafizəsini gücləndirir

Gürcüstan ölkə ərazisindəki irimiqyaslı və beynəlxalq əhəmiyyətli obyektlərin, eləcə də strateji neft-qaz kəmərlərinin mühafizəsini fəal şəkildə gücləndirir.

Bu sözləri Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri parlamentdəki çıxışı zamanı söyləyib.

O bildirib ki, Gürcüstanın strateji neft-qaz kəmərlərinin mühafizəsinin və təhlükəsizliyinin təmin olunmasında Daxili İşlər Nazirliyinin Strateji Boru Kəmərlərinin Mühafizəsi Departamenti mühüm rol oynayır. Departament bundan sonra da fəal olacaq, onun maddi-texniki bazası daha da gücləndiriləcək.

Nazir deyib ki, departamentin Tabatskuri gölü yaxınlığındakı yeni bazasının tikintisi yekunlaşıb, Marneuli və Supsadakı bazalarında bərpa işləri aparılıb. Bu il Tsalka, Axaltsixe və Tsixiscvaridə döyüş bölmələrinin atəş hazırlığı və infrastruktur layihələri planlaşdırılıb(azərtac).