XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 March 2021 - 23:56

Türkiyənin xarici işlər naziri Türkmənistanda səfərdədir

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu orta Asiya ölkələrinə səfərinə Türkmənistandan başlayıb.

Mövlud Çavuşoğlu əvvəlcə Müstəqillik abidəsini ziyarət edib.

Sonra nazir Mövlud Çavuşoğlu türkmənistanlı həmkarı Raşid Meredovla görüşüb. Görüşdə ikitərəfli münasibətlər, regional və beynəlxalq hadisələrə dair fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində türkiyəli nazirin Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovla görüşü gözlənilir.

Nazir M.Çavuşoğlu Türkmənistandan sonra Özbəkistana və Qırğızıstanda yola düşəcək(azərtac).