XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

07 Mart 2021 - 09:11

ABŞ-da günahsız yerə həbs olunmuş üç məhbus sərbəst buraxılıb –20 ildən sonra

Nyu-Yorkda törətmədikləri cinayət əməlinə görə həbs edilmiş üç məhbus 20 ildən sonra azadlığa buraxılıb.

Bu barədə “Daily Beast” yazıb.

ABŞ vətəndaşları olan Corc Bell, Roan Bolt və Qari Conson şəhər ərazisindəki qəbzlərin nağdlaşdırılması xidmətini qarət etməkdə və ikiqat qətl törətməkdə təqsirli bilinərək həbs olunmuşdular. 20 il keçdikdən sonra məhkəmə müdafiə tərəfinin dəlillərinə təkrarən baxıb və hökmü ləğv edib.

İstintaq araşdırması 1996-cı ildə başladılmışdı. Hüquq-mühafizə orqanları əsl günahkarları axtarmaqda davam edir. /APA