XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

08 Mart 2021 - 10:31

Aİ-də hər ay 100 milyon doza koronavirus peyvəndi alınacağı gözlənilir –

Avropa Komissiyasının sədri Ursula fon der Layen Avropa İttifaqının aprel ayından etibarən hər ay müxtəlif istehsalçılardan təxminən 100 milyon doza koronavirus peyvəndi alacağını gözləyir.

Trend-in TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə komissiya sədri “Stuttgarter Nachrichten” qəzetində dərc olunan müsahibəsində deyib.

“Aprel ayından etibarən [peyvənd dozalarının] sayı istehsalçıların planlaşdırdığına əsasən iki qat artacaq” – fon der Layen bildirib. Onun sözlərinə görə, bu, xüsusilə Aİ-də yeni peyvəndlərin istifadəsinin təsdiqlənməsi ilə bağlıdır.

Martın 11-də Avropa dərman vasitələri agentliyi (EMA) “Johnson & Johnson” istehsalı olan vaksinin təsdiqlənməsini tövsiyə etməyi planlaşdırır.