XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

08 Mart 2021 - 11:58

Türkiyə prezidentinin sözçüsü:"Bizimlə kimsə təkəbbürlə danışa bilməz"

“Bizimlə heç kimsə təkəbbürlə “ya biz deyən olmalı, ya da heç nə” deyə tələb edə bilməz”.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi nümayəndəsi İbrahim Kalın “Bloomberg”ə müsahibəsində bildirib.

Onun sözlərnə görə, Rusiya istehsalı olan “S-400” zenit raket kompleksinin əldə etdiyi üçün ABŞ-ın Türkiyəyə təzyiqlərinin əks nəticəsi də ola bilər:

“Bizimlə heç kimsə təkəbbürlə “ya biz deyən olmalı, ya da heç nə” deyə tələb edə bilməz. Belə münasibət bizi başqa istiqamətə yönəldər”.

Qeyd edək ki, Türkiyə 2017-ci ildə Rusiyadan “S-400” alıb. ABŞ və NATO-dakı bəzi müttəfiqləri hesab edir ki, Türkiyə bununla alyansı təhlükəsizliyini təhdid edir. (report)