Səudiyyə Ərəbistanının “Saudi Aramco” neft və qaz şirkəti, ABŞ və Asiyada alıcılar üçün bütün neft növlərinin aprel satış qiymətlərini artırdı, Avropadakı müştərilər üçün isə qiymətlər endirildi.
Bu barədə “Bloomberg” agentliyi yazır.
Bildirilir ki, Asiya üçün “Arab Light”ın bir barelinə olan qiyməti 40 sent artırıldı (etalon qiymətindən 1,4 dollar yuxarı). Məlumatda qeyd olunur ki, ABŞ üçün neft qiymətləri artırıldı, Avropa üçün isə əksinə bir barel üçün qiymət 1,7 dollar endirildi.
Bu, Səudiyyə Ərəbistanı tərəfindən qiymət müharibəsi başlatdıqdan sonra, satış qiymətlərinin ən yüksək səviyyəyə qalxdığı kimi qiymətləndirilir. Səudiyyə Ərəbistanı OPEC + neft istehsalını dəyişməz saxlamağa dair şok qərar qəbul etməsindən sonra tələbin davamlı böyüməsini gözləyir.
OPEC + nazirliklər səviyyəsində Monitorinq Komitəsinin növbəti iclası 31 martda, bütün OPEC + alyansının iclası isə 1 aprel tarixində baş tutacaq. (apa)