XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 March 2021 - 21:34

“21 ardıcıl qələbənin çətinliyini anlamaq üçün uduzmaq lazımdır” –Qvardiola

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola maraqlı açıqlamalar verib.

Qarşılaşmadan öncə 21 oyunluq qalibiyyət seriyasına imza atan komandanın çalışdırıcısı məğlubiyyətin əhəmiyyətini vurğulayıb.

“21 dəfə ardıcıl qələbənin çətinliyini anlamaq üçün uduzmaq lazımdır”, – deyə Qvardiola bəyan edib.

O, həmçinin Serxio Aqueronun meydandan kənarda qalmasına da münasibət bildirib.

“Bəlkə də bu səhv qərar idi. Mən bilmirəm. Heç kim bilmir”, – deyə Pep qeyd edib. (Unikal.org)