XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

08 Mart 2021 - 22:49

Afrikada koronavirus:yoluxanların sayı 4 milyon nəfərə çatır

Afrikada koronavirusa yoluxanların sayı 4 milyon nəfərə çatır.

Trend-in məlumatına görə, bu barədə Afrikanın Xəstəliklərə Nəzarət və Profilaktikası Mərkəzlərindən bildiriblər.

Məlumata əsasən, martın 8-i üçün Afrikada koronavirusa 3 963 706 nəfər yoluxub. Hazırkı dövrədək koronavirusa yoluxanlardan 105 722 nəfəri vəfat edib, 3 540 989 nəfəri isə sağalıb.

Qeyd edilir ki, ən çox yoluxma halları Cənubi Afrika Respublikasında, Mərakeşdə, Misirdə, Tunisdə və Efiopiyada qeydə alınıb.