XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

09 Mart 2021 - 09:20

Estoniyada sərt karantin tətbiq ediləcək –Bir aylıq

Estoniya hökuməti COVID-19 virusunun Böyük Britaniya ştammının (B.1.1.7) geniş yayılmasına görə ölkədə sərt karantin rejiminin tətbiqi ilə bağlı qərar qəbul edib.

Bu barədə ölkənin baş naziri Kaya Kallas məlumat verib.

Onun sözlərinə görə, 11 mart tarixindən qüvvəyə minəcək qərar bir ay davam edəcək.

Hökumətin qərarına əsasən, 11 martdan etibarən təhsil müəssisələrində xüsusi qayğıya ehtiyacı olan uşaqlar istisna olmaqla bütün şagirdlər distant formada təhsil alacaqlar. Məktəbəqədər uşaqların valideynlərinə zəruri hallarda uşaqlarını bağçaya aparmaları tövsiyə olunur.

Apteklər, ərzaq mağazaları və digər həyati vacib obyektlər xaricində bütün pərakəndə satış məntəqələri bağlanacaq. Malların paylanması yalnız küçədə təşkil edilə bilər. Bağlı yerlərdə idmanla məğul olmaq qadağan ediləcək/Report.