XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

09 Mart 2021 - 16:57

Bayden tədbirdə müdafiə naziri və Pentaqonun adını unudub:“Şey, şey… ” - VİDEO

ABŞ prezidenti Cozef Bayden 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə keçirilən tədbirdə Pentaqonun (ölkənin Müdafiə Nazirliyi) və müdafiə nazirinin adını unudub.

Bu, ABŞ mətbuatında əsas müzakirə mövzusuna çevrilib.

Məlumata görə, martın 8-də C.Bayden vitse-prezident Kamala Harris və müdafiə naziri Lloyd Austinlə birlikdə Ağ evdə tədbirdə iştirak edib.

O, ABŞ ordusunda zərif cinsin nümayəndələrinin iştirakından danışarkən deyib: “Qadınlar döyüşçüdürlər. Qadınların ordumuzun sıralarında olması bizi daha da güclü edir”.

Çıxışının bu yerində prezident müdafiə nazirinin adını çəkməli imiş. Lakin olun adını unudub. Dövlət başçısı deyib: “Şey, şey… keçmiş general… mən ona həmişə general deyib dururam. Mənim, mənim… bu uniformanın başındakı adama (müdafiə naziri Lloyd Austini nəzərdə tutur – red.) etdiyi bütün işlərə görə təşəkkür etdiyimizə arxayın olmalıyıq”.

C.Baydenin müdafiə naziri və Pentaqonun adını unutması ABŞ mətbuatında ciddi müzakirə edilib.

Qeyd edək ki, C.Bayden həmin tədbirdə iki qadın komandiri Silahlı Qüvvələrin komandanlığında rəhbər vəzifəyə təyin edib. Hərbi Hava Qüvvələr generallarından Jaklin Van Ovost ABŞ ordusunun nəqliyyat üzrə komandanı, general Laura Riçardson isə Cənub Qoşunları komandanı təyin olunublar/Report.