XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

09 Mart 2021 - 23:23

Somalidə ABŞ səfirliyinin yerləşdiyi məhəllə atəşə tutulub –Yaralananlar var

Somalinin paytaxtı Moqadişoda bəzi qərb dövlətləri və beynəlxalq təşkilatların nümayəndəlikləri yerləşən məhəllənin minatanlardan atəşə tutulması nəticəsində yaralananlar olub.

TASS xəbər verir ki, bu barədə “Somali Guardian” xəbər portalı məlumat yayıb.

Məlumata görə, diplomatlar məhəlləsində bir neçə mərmi partlayıb. Partlayış nəticəsində yaralananların sayı məlum deyil.

Maqodişonun cənubunda beynəlxalq hava limanına yaxın olan Halan adlanan düşərgədə ABŞ səfirliyi də yerləşir.

Hücum Somalidə federal və regional hakimiyyət nümayəndələrinin parlament və prezident seçkilərinin keçirilməsinə hazırlıqla bağlı görüşünün başlamasına bir neçə saat qalmış edilib. Görüş hava limanındakı otellərdən birində keçirilib/Report.