Türkiyənin Ankara məhkəməsi Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətli ilə bağlı cinayət işi üzrə 6 nəfərin 5 ildən 9 ilədək azadlıqdan məhrum edilməsi haqqında hökm çıxarıb.
Strateq.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 28 müttəhimdən 5-nə bəraət verilib.
Məlumata görə, daha 5 nəfər isə ömürlük azadlıqdan məhrum edilib.
Xatırladaq ki, 2016-cı il dekabrın 19-da Rusiyanın Türkiyədəki səfiri Andrey KarlovAnkarada fotosərginin açılışında çıxış edərkən qətlə yetirilib.
Onu da qeyd edək ki, səfiri güllələyən polis Mövlud Mərd Altundaş da elə hadisə yerində polis tərəfindən öldürülmüşdü.