XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

09 Mart 2021 - 20:39

Rusiya kəşfiyyatı Gürcüstanla bağlı bəyanat yaydı:"ABŞ burada sistemli iş aparır..."

Rusiyanın Xarici Kəşfiyyat Xidməti (XKX) ABŞ administrasiyasının Gürcüstandakı vəziyyətlə bağlı yanaşmasını tənqid edən bəyanat yayıb.

Sənəddə son zamanlar Vaşinqtonda Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının hərəkətləri ilə bağlı narazılığın artdığı bildirilib.

Qeyd olunub ki, ABŞ hələ Mixeil Saakaşvilinin vaxtında Gürcüstanda siyasi proseslərin idarə olunması, hakimiyyətin fəaliyyəti və müxalifətə münasibətdə hansı xətti tutmasını diktə etməyə öyrəşib.

XKX-nin rəisi Sergey Narışkin bəyan edib ki, ABŞ Gürcüstanda vəziyyəti qaydasına salmaq üçün müxalifətçilərə dəstəyin göstərilməsi və eyni zamanda “Gürcü Arzusu”nun mövqelərini sarsıtmaq üçün sistemli iş qurmağı planlaşdırır.

Bəyanatda qeyd olunub ki, Ağ Evdə hakim partiya üzvlərinin Avroatlantik inteqrasiya istiqamətində qeyd-şərtsiz irəliləməsi ilə bağlı göstərişi tam yerinə yetirməmələrinə görə qıcıqlanıblar.

“Vaşinqton Gürcüstan hakimiyyətinə çatdırmaq istəyir ki, Ağ Evin Tbilisiyə münasibətdə gələcək xətti Gürcüstan hakimiyyətinin Amerikanın göstərişlərinə dəqiqliklə əməl etməsinə hazırlığı ilə müəyyən olunacaq”, – sənəddə vurğulanıb/Report.