XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 March 2021 - 22:04

Gürcü nazir:"Ölkədə su elektrik stansiyalarının tikintisinə böyük ehtiyac var"

Gürcüstanda su elektrik stansiyalarının tikintisinə böyük ehtiyac var. Əgər biz elektrik enerjisinin idxalından çox asılı olsaq ölkə iqtisadiyyatı üçün təhlükə yarada bilərik.

Bu sözləri Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava parlamentin komitə iclasında deyib.

Onun sözlərinə görə, elektrik enerjisinin idxalından ciddi asılılıq Gürcüstanın qonşu ölkələrin iradəsindən asılı olmasına səbəb olacaq.

Nazir deyib: “Məsələn, əhali və yerli istehlakçılar üçün elektrik enerjisi üçün eyni qiymətlər bizim qərarlardan deyil, qonşu ölkələrdəki iqtisadi vəziyyət və onların aparacağı energetika siyasətindən asılı olacaq”.

Qeyd edək ki, Gürcüstanda hökuməti yeni Namaxvani su elektrik stansıyasını tikmək niyyətindədir. Lakin bu layihə ilə bağlı ölkədə ciddi gərginlik yaşanır. Yerli sakinlər və ekoloqlar stansiyanın tikintisinə etiraz edir və sakinlər həmin ərazidə mütəmadi etiraz aksiyaları keçirir, yolları bağlayırlar.

N.Turnava və kənd təsərrüfat naziri Levan Davitaşvili Baş nazirin tapşırığına əsasən həmin ərazidə olub və sakinlərlə görüşüb. Hər iki nazir bu gün parlamentdə görüşün nəticələri barədə məlumat verib(azərtac).