XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

09 Mart 2021 - 23:48

Çində peyvənd olunanlara xaricə səyahət üçün sağlamlıq arayışları verilir- FOTO

Çin hökuməti COVID-19 virusuna qarşı peyvənd vurulan vətəndaşlarına xaricə səyahət etmək üçün sağlamlıq arayışlarının verilməsinə başlayıb.

Çin Xarici İşlər Nazirliyinin konsulluq departamentinin verdiyi arayışda vətəndaşın burun-boğaz yaxma testinin mənfi nəticəsi, hər 2 doza peyvəndin vurulma tarixi və qanda anticisimlərin olmasını müəyyən edən (IgM) analizinin müsbət nəticəsi barədə məlumatlar əks olunur. Çap və elektron formadakı arayışların həqiqiliyini üzərindəki QR-kod vasitəsilə yoxlamaq mümkündür.

Çin Xarici İşlər Nazirliyinin rəsmisi vaksinlərin və bu cür arayışların qarşılıqlı tanınmasının beynəlxalq səyahətlərin çoxalmasını təşviq edəcəyini bəyan edib. Rəsmi Pekin peyvənd vurulan şəxslərə təqdim olunan beynəlxalq səyahət üçün sağlamlıq arayışlarının qarşılıqlı tanınması istiqamətində digər ölkələrlə müzakirələrə hazır olduğunu bildirib(azərtac).