XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

10 Mart 2021 - 16:52

İsrailin baş naziri BƏƏ-yə rəsmi səfər edəcək-Bu tarixdə

İsrailin baş naziri Benyamin Netaniyahu martın 11-də Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) rəsmi səfər edəcək.

Bu barədə BƏƏ-dəki mənbələr bildirib.

Bildirilib ki, Binyamin Netaniyahu BƏƏ-nin vəliəhdi şahzadə Məhəmməd ibn-Zahid ən-Nahyanla görüşəcək.

Xatırladaq ki, 2020-ci il sentyabr 15-də Ağ evdə keçirilən rəsmi mərasimdə İsrail və BƏƏ arasında “münasibətlərin normallaşması”na dair müqavilələr imzalanmışdı.

İsrail münasibətlərin normallaşdırılmasından sonra BƏƏ səfirliyi üçün Eitan Naehi müvəqqəti missiya rəhbəri olaraq Əbu-Dabiyə təyin etmişdi.

Qeyd edək ki, bu il martın 1-də Birləşmiş Ərəb Əmirliyinin İsrailə təyin olunan səfiri Məhəmməd əl-Hayya tarixdə ilk dəfə olaraq Təl-Əvivə gedib. Məhəmməd əl-Hayya vəzifə səlahiyyətlərinin icrasına yəhudilərin Pesax bayramından sonra başlayacaq./Report