XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

10 Mart 2021 - 21:33

Əbu-Dabi Beynəlxalq Aeroportunda sərnişinlər pulsuz COVID-19 testindən keçirilir

Bu gündən başlayaraq Əbu-Dabi Beynəlxalq Aeroportunda tranzitlə uçanlar istisna olmaqla, bütün sərnişinlər pulsuz COVID-19 testindən keçirilir. Testin nəticələri 90 dəqiqə ərzində təqdim edilir.

Hər gün 20 min sərnişinin yola salındığı və ya qarşılandığı bu aeroportda pulsuz COVID-19 testini həyata keçirən laboratoriyalar quraşdırılıb. Bundan başqa, hava limanının 190 işçisi də bu işə cəlb olunub. Bu aeroportdan əsas uçuşları həyata keçirən “Etihad” aviaşirkəti də bütün pilotların və ekipaj üzvlərinin yeni növ koronavirusa qarşı peyvənd olunduğunu bəyan edib.

Əbu-Dabi Beynəlxalq Aeroportunun məlumatında bildirilir ki, sərnişinlər PCR testi ilə yanaşı, DPI (qan analizi) testindən də keçə bilərlər(azərtac).