XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

10 Mart 2021 - 21:03

Uinston Çörçilə məxsus əşyalar hərracda 40 min funt sterlinqə satılıb- FOTO

Böyük Britaniyanın sabiq Baş naziri Uinston Çörçilə məxsus əşyalar hərracda 40 min funt sterlinqə satılıb.

Çörçilə məxsus üzərində adı və soyadı (WSC) qeyd olunan ayaqqabı və stəkanın satışı Bellmans Auksion evi tərəfindən həyata keçirilib. Əşyaları əldə edən şəxsin kimliyi məlum deyil.

Auksionçu Culian Daynen bildirib ki, dünyanın hər yerindən olan alıcıların hərracda iştirakı hələ də Uinston Çörçilə yüksək qiymət verildiyini göstərir(azərtac).