XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

07 Aprel 2016 - 20:25

Putin offşor qalmaqalına münasibət bildirib:“Sadiq bəndəniz orada yoxdur”

putin-666
 

Rusiya prezidenti Vladimir Putin “Ümumrusiya Xalq Cəbhəsi” hərəkatı tərəfindən Sankt-Peterburqda keçirilən mediaforumda özünün və yaxın ətrafının adının Panama offşor zonası ilə bağlı hallanmasına münasibət bildirib.

Putin qeyd edib ki, Qərbdən olan tərəfdaşlar dünyada “informasiya monopoliyasına” adət ediblər: “Amma Suriyadakı son hadisələr Rusiyanın geosiyasi problemləri həll etmək imkanlarını ortaya qoydu.  Amma bu onları maraqlandırmır. Bizim bütün çətinliklərə baxmayaraq iqtisadi sahədə duruş gətirməyimiz də onları maraqlandırmır.  Onları bizim həmrəyliyimiz maraqlandırır. Onlar vəziyyəti qarışdırmaq, birilərini digərləri ilə düşmən etmək istəyirlər.

 “Panama dosyesi”    bizi daha üzüyumşaq etmək,  bizi istədikləri kimi tumarlamaq cəhdlərindən biridir. Bunun  üçün ən yaxşı üsul hansıdır? Cəmiyyət daxilində hakimiyyət orqanlarına, dövlət qurumlarına inamsızlıq  yaratmaq, bir qrupu digəri ilə üz-üzə qoymaqdır”.

Putin əlavə edib ki, bu cür taktika  Böyük Vətən Müharibəsi illərində uğurla tətbiq olunub: “Siz hamınız jurnalistsiniz və informasiya məhsulunun nə olduğunu bilirsiniz.  Məhz buna görə də, ofşorlar üzərinə yeridlər. Sizin sadiq bəndəniz orada yoxdur.  Amma tapşırıq ki, verilib! Nə etdilər? İnformasiya məhsulu hazırladırlar. Dostları, tanışları tapdılar. Orada nəsə əlləşdilər, düzəltdilər.

Məhz bu reklam olunur. Baxın görün burada Rusiya prezidentinin hansısa dostu var, o burada nəsə edib, yəqin ki, bunda korrupsiya əməli var. Necə?  Orada heç nə yoxdur axı”.

V.Putin “Panama sənədləri”ndə adı keçən dosto violençelist Sergey Rolduqinlə bağlı  deyib ki, “mən Sergey Pavloviç kimi insanlarla fəxr edirəm”.

Xatırladaq ki, “WikiLeaks” saytı ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) və Soros Fondunun  Korrupsiya və Mütəşəkkil Cinayətkarlığın Araşdırılması Mərkəzi (OCCRP) və  Jurnalist Təhqiqatları Beynəlxalq Konsorsiumu (ICIJ) və digər beynəlxalq təşkilatların Panamada ofşor xidmətləri göstərən “Mossack Fonseca” hüquq şirkətinin sızmış sənədlərinin araşdırılmasını maliyyələşdirilib.

Strateq.az