XƏBƏR LENTİ

20 Yanvar 2021
19 Yanvar 2021

Digər Xəbərlər

08 Aprel 2016 - 10:47

“Azərbaycanın ərazi bütövlüyü və taleyi bizim taleyimizdir” –Davudoğlu

Davudoglu

“Biz ATƏT-in Minsk Qrupunun üzvüyük. Lakin faktiki olaraq üç həmsədr bu işlə məşğuldur və digər üzvlər prosesdən kənarda qalıb. Halbuki, hər üç ölkə erməni lobbisinin çox güclü olduğu ölkələrdir. Yəni, burada balans yoxdur”.

Bu sözləri Türkiyənin baş naziri Əhməd Davudoğlu Finlandiyadan qayıdarkən jurnalistlərin “Ermənistan-Azərbaycan münaqişəsində Türkiyə hansı addımları ata bilər? Minsk Qrupu həmsədrliyinin tərkibinin dəyişməsinin zəruriliyinə inanırsınızmı?” sualına cavabında deyib.

Ə. Davudoğlu bildirib ki, Türkiyənin və digər ölkələrin prosesə qoşulmasını Rusiya və Ermənistan istəmir: “Biz hazırda ATƏT-ə sədrlik edən Almaniyanın məsələyə qarışması üçün təşəbbüs göstərmişik. Minsk Qrupunun bütün üzvləri bu prosesdə iştirak etməlidir. Son toqquşmalara gəldikdə isə, biz Azərbaycanın yanındayıq. Azərbaycana yönəlmiş hər təhdid Türkiyəyə yönəlib. Azərbaycanın ərazi bütövlüyü və taleyi bizim taleyimizdir”.

APA