Pensilvaniya ştatının keçmiş senatoru Rik Santorum ABŞ prezidnetliyinə namizəd olmaq iddiasını açıqlayıb. Bu barədə o Kebot şəhərində keçirilən mətbuat konfransında açıqlama verib.
R. Santorum ABŞ-ın daxili və xarici siyəsət məsələləri ilə bağlı mühafizəkar baxışlarıyla seçilir. O İŞİD-ə qarşı hərbi əməliyyatların genişlənməsi, İrana qarşı sanksiyaların sərtləşdirilməsi, Amerika iqdisadiyyatının rəqabət gücünün artırılması tərəfdarı kimi çıxış edir.
“Obma və Klinton admistrasiyaları başa düşmürlər ki, sülhə yalnız güc mövqeyindən çıxış edərək nail olmaq mümküdür. Əgər mən prezident olsam biz İŞİD-i məğlub edə bilərik”, – deyə mətbuat konfransında R. Santorum bildirib.
Xatırladaq ki, ABŞ-ın Respublikaçılar Partiyasından prezidentliyə namizəd olmaq iddialarını senatorlar Ted Kruz, Rend Pol, Marko Rubio, Arkanzas ştatının keçmiş qubernatoru Mayk Xakabi, neyrocərrah Ben Karson açıqlyıblar. Yaxın zamanda Florida ştatının keçmiş qubernatoru ABŞ-ın sabiq presidenti Corc Buşun qardaşı Ceb Buşun və Nyu-Cersi ştatının qubernatoru Krista Kristinin də prezidentliyə namizəd olmaq niyyətlərini bəyan edəcəkləri ğözlənilir.
Strateq.az