XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

08 Aprel 2016 - 13:00

Fidel Kastro 8 aydan sonrailk dəfə ictimaiyyət qarşısına çıxıb

fidel kastro

Kuba inqilabının lideri Fidel Kastro 8 aydan sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Kastro paytaxt Havanadakı təhsil kompleksinə baş çəkib, müəllim və şagirdlərlə təhsillə bağlı söhbət aparıb.

Təhsil kompleksi Fidel Kastronun kiçik qardaşının xanımı – inqilabçı Vilma Espinin adını daşıyır. Vilma Espin 2007-ci ilin iyununda 77 yaşında dünyasını dəyişib.

89 yaşlı Fidel Kastro ictimaiyyət arasında çox az görünür. Son dəfə onu ötən ilin avqustunda Venesuella prezidenti Nikolas Maduro ilə görüşdə görmüşdülər. Fidel Kastro 1959-cu ildən 2008-ci ilədək Kubaya rəhbərlik edib.