XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

08 Aprel 2016 - 13:54

Qazaxıstan yeni silah kəşf etdi –Sualtı avtomatik tuşlama torpedası

qazax-mermi-e

Qazaxıstanın "Kazakhstan Engineering” şirkətinə daxil olan S.M. Kirov adına Maşınqayırma zavodunda avtomatik tuşlama torpedası istehsal edilib.

Məlumata görə, torpeda sualtı kater və gəmilər üçün hədəfin məhv edilməsi üçün yaradılıb.

Torpeda kerasin, kislorod və tullantı su ilə çalışır. Bu da torpedanın sabit sürətdə və uzaq məsəfəyə getməsi üçün nəzərdə tutulub.

Silah uzun müddət, keyfiyyətini itirmədən saxlana bilir. Mütəxəssislər bu torpedanı müsbət xarakterizə ediblər.

Artıq Qazaxıstan Müdafiə Nazirliyi torpedonun alınması ilə bağlı sifarişi verib.

Qeyd edək ki, torpeda ilk dəfə olaraq Qazaxstanın paytaxtı Astanada keçiriləcək KADEX-2016 4-cü Beynəlxalq hərbi-əmlak sərgisində nümayiş olunacaq.

"AzeriDefence”