XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

08 Aprel 2016 - 14:32

Rus gəmiləri Türkiyənin “su dəhlizini”“su yolu”na çevirib

Rus savaş gemileri yine Boğazlardan geçti

 

İki gün öncə Azov və Qara dənizdə hərbi təlimlərə başlayan Rusiyanın iki gəmisi bu gün İstabul boğazından keçib. Gəmilərdən biri Qara, digəri isə Aralıq dənizinə gedib.

Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, rus donanmasının Qara dəniz flotuna bağlı 127 nömrəli döyüş gəmisi "Minsk" yerli saatla 08.30 radələrində İstanbul boğazından keçib. “Minsk”in geniş təhlükəsizlik tədbirləri arasında Qara dənizə hərəkət etdiyi bildilir. Havadan polis vertolyotu, dənizdən isə Türkiyə Sahil Təhlükəsizlik Komandirliyinə bağlı qayıq və gəmilərin nəzarəti altında Qara dənizə gedən “Minsk”in göyərtəsində xeyli əsgər olub.

Xatırladaq ki, “Minsk” Aralığa açılan bu su dəhlizindən tez-tez istifadə edir. Ən son ötən ayın axırında İstanbul boğazından keçən bu gəmi Aralığa getmişdi. Putinin  rus ordusunu Suriyadan çıxaracağıyla bağlı açıqlamasından az sonraya təsadüf edən bu keçiş Kremlin “sülhpərvərliyi” ərtafında  ciddi söz-söhbətə yol açmışdı.

Rus donanmasına aid 031 nömrəli "Aleksandr Otrakovskiy” adlı gəmi də, təxminən, eyni saatlarda Çanaqqala boğazından keçərək, Mərmərə dənizinə yön alıb.

Heydər