XƏBƏR LENTİ

01 Oktyabr 2020

Digər Xəbərlər

08 Mart 2015 - 07:21

Nemtsovun qətli ilə bağlı daha iki nəfər saxlanıldı- Biri özünü partlatdı
Boris Nemtsovun qətli ilə bağlı daha iki nəfər şübhəli şəxs qismində saxlanılıb.

Strateq.az-ın məlumatına görə, Trend İnquşetiya Təhlükəsizlik Şurasının katibi vəzifəsini icra edən Albert Baraxoyevin sözlərinə istinadan məlumat verir ki, Anzor Qubaşev və Zaur Dadayevdən başqa iki nəfər də şübhəli şəxs qismidə saxlanılıb.

Baraxoyevin dediyinə görə, saxlanılan şəxslərdən biri böyük ehtimalla Nemtsovun qətli zamanı Dadayev ilə birlikdə maşında idi. Baraxoyev həmçinin Anzor Qubaşevin kiçik qardaşının saxlanılması faktını təsdiq edib. Verilən məlumata görə, Qubaşevin qardaşı son zamanlar KamAZ sürücüsü işləyirdi.

Saxlanılanların adları açıqlanmayıb.

Moskvanın Basmannı məhkəməsinin həmin şəxslərin həbs edilməsi barədə işə martın 8-də baxacağı gözlənilir.

Xatırladaq ki, müxalif siyasətçi B.Nemtsov fevralın 28-də gecə saatlarında Moskvanın mərkəzində qətlə yetirilib.

***

Boris Nemtsovun qətlində şübhəli bilinən şəxs özünü partlatdıb.

“İnterfaks” agentliyi hüquq-mühafizə orqanlarında mənbəyə istinadən xəbər verir.

Məlumata əsasən, cinayətkar polis tərəfindən mühasirəyə alınmışdı. Əlinda olan iki qumbaradadn birini cinyətkar polis əməkdaşlarına atıb, digəri ilə özünü partladıb.

Qeyd edək ki, artıq qətldə şübhəli bilinən iki nəfər saxlanılıb.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikovun sözlərinə görə, saxlanılanlar Zaur Dadayev və Anzor Qubaşevdir.

Moskvanın Basmannı məhkəməsinin həmin şəxslərin həbs edilməsi barədə işə martın 8-də baxacağı gözlənilir.

Xatırladaq ki, müxalif siyasətçi B.Nemtsov fevralın 28-də gecə saatlarında Moskvanın mərkəzində qətlə yetirilib.