XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

08 Aprel 2016 - 18:00

Putin və NazarbayevQarabağ problemini müzakirə edib

Nazarbayev-Putin

Rusiya və Qazaxıstan prezidentləri Vladimir Putin və Nursultan Nazarbayev telefon söhbəti zamanı Dağlıq Qarabağ ətrafında hadisələrin inkişafını müzakirə ediblər. Bu barədə Kremlin məlumatında bildirilir.

“Son günlər Azərbaycan və Ermənistan liderləri ilə telefon əlaqələri nəzərə alınmaqla fikir mübadiləsi davam etdirilib. Vladimir Putin Rusiya tərəfinin atdığı vasitəçilik addımları, Rusiya hökumət başçısı, xarici siyasət və hərbi idarələrin rəhbərləri səviyyəsində əlaqələr barədə bilgi verib”  – məlumatda deyilir.

Bundan əlavə, söhbət zamanı ikitərəfli əməkdaşlıq məsələləri, Avrasiya İqtisadi İttifaqı çərçivəsində qarşıdakı ali və yüksək səviyyələrdə görüşlərin qrafiki müzakirə olunub.

"Amerikanın səsi"