XƏBƏR LENTİ

23 Yanvar 2021

Digər Xəbərlər

09 Aprel 2016 - 10:26

Yaponiya G7 sammitinə daha7 ölkə liderini dəvət edəcək

yaponiya

Yaponiyada gələn ay keçirilməsi planlaşdırılan G7 sammitinə (“Böyük yeddilik”) daha yeddi ölkəni və beş beynəlxalq təşkilatı dəvət edəcək.

Bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa jurnalistlərin suallarını cavblandırarkən deyib. Baş katib bildirib ki, Yaponiya hökuməti ASEAN ölkələri, Asiyanın ada dövlətləri, infrastruktur dəyişikliklərinə böyük tələbatı olan və dəniz yollarından asılı ölkələrin nümayəndələri ilə görüşlər keçirəcək.

Y.Suqa konkret olaraq Laos, Vyetnam, İndoneziya, Banqladeş, Şri-Lanka, Papua-Yeni Qvineya və Çad liderlərinin sammitə dəvət olunacağını bildirib. Hazırda Laos ASEAN təşkilatına, Çad isə Afrika İttifaqına sədrlik edir(azərtac).