Hindistanın Kerala ştatında keçirilən dini mərasim zamanı məbəddə baş verən güclü yanğın nəticəsində həlak olanların sayı 102 nəfərə çatıb. Təxminən 350 nəfərin xəsarət aldığı bildirilir.
Azərtac RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, bir çox yaralılar xəstəxanaya aparılarkən yolda keçinib. Yerli mətbuatın yazdığına görə, yanğına atəşfəşanlıq zamanı fişənglərdən birinin pirotexnika anbarının damına düşməsi səbəb olub. Baş verən yanğın və partlayış nəticəsində bina və yaxınlıqdakı tikililər dağılıb.
Hindistanın Baş naziri Narendra Modi həlak olanların ailələrinə başsağlığı verib və yaxın saatlarda hadisə yerinə gələcəyini bildirib.