XƏBƏR LENTİ

04 İyul 2020
03 İyul 2020

Digər Xəbərlər

10 Aprel 2016 - 17:32

Vəlayəti:“ABŞ-a nə dəxli var?”

İran'dan Esad'a bir destek açıklaması daha

"Bəşər Əsəd Suriyanın qanuni və legitim prezidentidir, getməsi üçün hər hansı bir şərtin ortaya qoyulması İranın qırmızı xəttini ayaqlamaq mənasına gəlir. Onu dəstəkləməyə davam edəcəyik".

Strateq.az xəbər verir ki, bunu  İran lideri Ayətullah Əli Xameneyinin müşaviri Əli Əkbər Vəlayəti deyib.

Bəşər Əsədin səlahiyyət müddətinin sonuna qədər (2021) iqtidarda qalmasının lazım olduğunu bildirən Vəlayəti İran dövlət televiziyasından Suriya liderini istəməyən ABŞ-a səslənməyi unutmayıb: "Əsədin iqtidarda qalıb-qalmamasından sizə nə?”

Dini liderin sözçüsü çıxışında İranın Suriyadakı mövcudluğunun səbəbinə də aydınlıq gətirib. Onun sözlərinə görə, İran bu ölkənin legitim hökumətinin tələbilə ordadır və məqsədi terrorçularla mübarizə aparmaqdır.

Rusiyanın Suriyada olmasının güc tarazlığını Bəşər Əsədin xeyrinə dəyişdirdiyini söyləyən Vəlayəti İranla Rusiyanın bu ölkədə yaxın əməkdaşlıq etdiyini bildirib.