Aprelin 11-də Qazaxıstan prezidenti Nursultan Nazarbayev İran İslam Respublikasına rəsmi səfər edəcək.
İran prezidenti Həsən Ruhaninin dəvəti ilə reallaşacaq səfər çərçivəsində prezidentlər qarşılıqlı əməkdaşlıq əlaqələrinin genişləndirilməsi ilə yanaşı, regional təhlükəsizlik məsələlərini də müzakirə edəcəklər.
İranla Qazaxıstan arasında müxtəlif sahələrlə bağlı 30-a yaxın sənəd imzalanacaq. İki ölkənin iş adamlarının iştirakı ilə bznes-forum da keçiriləcək.
Hazırda İran və Qazaxıstan arasında ticarət mübadiləsinin həcmi 1 milyard dollardır.