Üsyançılar Suriyanın şimal-qərbində sonuncu şəhəri ələ keçirir

Mayın 28-də üsyançı qrupların koalisiyası Suriyanın şimal-qərbindəki İdlib vilayətində hökumətin nəzarətində olan sonuncu şəhəri də ələ keçiriblər.
Koalisiya Türkiyə sərhədi yaxınlığındakı Ariha şəhərini tutub, şəhəri müdafiə istehkamlarını yarıb. “Əl-Qaidə” törəməsi olan “Nusra Cəbhəsi” “əl-Fəth” koalisiyasının əsas hissəsidir.
Prezident Bəşər Əsəd ordusu ağır döyüşlərdən sonra geri çəkilməli olub.
Bir mənbə küçələrin cəsədlə dolu olduğunu, silahlıların şəhərin içində Əsəd qüvvələrini axtardığını deyib
(“Azadlıq” radiosu)