XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 April 2016 - 23:31

BMT Suriyanın İŞİD-in mühasirəsində olan şəhərinə 20 ton ərzaq göndərib

suriya

BMT-nin "Ümumdünya ərzaq proqramı" (ÜƏP) 20 ton ərzağı təyyarə vasitəsilə Suriyanın şimal-şərqində yerləşən Deyr-ez-Zor şəhərinin sakinlərinə çatdırıb.

Strateq.az "report"a istinadən xəbər verir ki, bu barədə ÜƏP-in mətbuat xidməti məlumat yayıb. Məlumata görə, ərzaqla dolu 26 qutu sakinlərə hava yolu ilə çatdırılıb.

2014-cü ilin martından İŞİD terror qruplaşmasının döyüşçüləri tərəfindən mühasirəyə alınmış Deyr-ez-Zor şəhəri 200 mindən çox mülki sakin yaşayır.