XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

10 Aprel 2016 - 23:36

Müxaliflər kürd komandanı zərərsizləşdirdi

kurd

Suriyanın Hələb şəhərində müxalif qruplaşmaların təşkil etdiyi hücumlar nəticəsində YPG komandanı Jiya öldürülüb.

Axar.az xəbər verir ki, PKK-dan gəldiyi bildirilən Jiya gizli şəkildə Afrin şəhərində basdırılıb.

Onun bir il əvvəl Türkiyədən Qəndilə gəldiyi vurğulanıb.

Qeyd edək ki, bundan öncə Suriyanın müxalif qruplaşmaları Şeyx Maqsudu da zərərsizləşdirməyi bacarmışdı.

İddiaya görə, ABŞ və Qərb ölkələri tərəfindən dəstəklənən YPG qruplaşması Suriyanın Türkiyə ilə sərhəd bölgələrini ələ keçirməyi planlaşdırır.