XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

11 Aprel 2016 - 10:46

“Böyük yeddiliyin” görüşü başa çatdı- XİN rəhbərlərindən yeni qərar

14603452542297648575_1000x669

“Böyük yeddilik” ölkələrinin xarici işlər nazirlərinin aprelin 10-da Hiroşimada keçirilən görüşündə terrorizmlə mübarizənin gücləndirilməsi, ekstremizmin yer almadığı cəmiyyətin formalaşması istiqamətində tədbirlərin görülməsi barədə razılıq əldə edilib.

NHK televiziya kanalının verdiyi məlumata əsasən, Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti xanım Federiko Moqerininin də qatıldığı görüş zamanı nazirlər terrorizm və qaçqınlar böhranı ilə bağlı beynəlxalq ictimaiyyət qarşısında dayanan təxirəsalınmaz vəzifələr barədə də müzakirələr aparıblar.

Görüşdə terrorizmlə mübarizə istiqamətində tədbirlərin gücləndirilməsi barədə razılıq əldə olunub(azərtac).