XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 March 2015 - 10:35

Afrika “İŞİD”-i ilə Yaxın Şərq İŞİD-i birləşdi

Afrika’nın IŞİD’i: Boko Haram

Sələfi xəbər saytlarının verdiyi məlumata görə, Afrikanın İŞİD-i kimi tanınan “Boko-haram” təşkilatının liderinin Əbubəkr əl-Bağdadiyə biət edib.

Qeyd edək ki, yerli dildə “Qərb tərzində təhsil haramdır” mənasına gələn “Boko-haram” 2007-ci ildə Məhəmməd Yusif tərəfindən yaradılıb. Daha sonra Məhəmməd Yusifin həbsxanada öldürülməsiylə qisasçı terror fəaliyyətinə keçən təşkilat qısa zaman ərzində xeyli tərəfdar toplayıb. Nigeriyada yaradılan təşkilatın Qərbi Afrikanın bir sıra ölkəsində fəaliyyət göstərdiyi bildirilir. Bu fəaliyyətin nəticəsində indiyə qədər 13 min insan öldürülüb, milyonlarla afrikalı yurd-yuvasından didərgin düşüb.

Əsasən Nigeriya, Niger və Kamerunda təsirli olan təşkilatın son zamanlar çadda da güc nümayişi göstərdiyi bilinir. Adı çəkilən ölkələrin, xüsusilə Nigerin uran yataqlarıyla zəngin olması bəlkə də “Boko-haram”-ın ortaya çıxmasının başlıca səbəblərindəndir. Məlumat üçün bildirək ki, Fransanın əsas enerji qaynağı olan atom santralları yanacağının 80%-i bu ölkələrdən təmin olunur.

Onu da qeyd edək ki, son vaxtlar bölgə dövlətlərinin çinə meyllənməsi müşahidə olunur. çinin aşağı faizlə kredit verməsi və geniş istehlak gücü Qərbi Afrika ölkələrində onun cazibədar hala gəlməsinin əsas səbəbidir. Bunu statistik rəqəmlər də təsqidləyir. Statistikaya görə, 2000-ci ildə səhraaltı Arfikayla ticarət həcmi 4.7 milyard dollar olan çin 2010-cu ildə bu rəqəmi 55.7 milyard dollara çatdırıb. Vaxtilə bu bölgələrin əsas müstəmləkəçisi olan və bu gün də siyasi idarəetmədə öz gücünü qoruyan Fransa isə iqtisadi əməkdaşlıqda çindən xeyli geridə qalır. 2000-ci ildə Afrikadan idxalatı 6.1 milyard dollar olan Fransanın 10 ildən sonra bu rəqəmi iki dəfə artırdığı, yəni 12.1 milyard dollarlıq mal aldığı bildirilir. Bu isə çindən hardasa 5 dəfə aşağı göstəricidir.

Getdikcə bölgədə mövqeyini itirən Fransanın məhz bu səbəbdən Afrikada radikal dini və etnik qrupları dəstəklədiyi və rəqibləri qarşısında əngəllər yaratmağa çalışdığı deyilir. Verilən məlumata görə, “Boko-haram”ın silahlarının yarısı da məhz Fransa istehsalıdır.

Hadisəyə bu aspektdən nəzər salanda beynəlxalq güclərin hərbi müdaxilələriylə son zamanlar çətin vəziyyətlə üzləşən İŞİD-ə “Boko-haram” tərəfindən verilmiş dəstək dünya divlərinin enerji paylaşımı uğrunda apardıqları mübarizənin nəticəsi kimi görünür.