Aprelin 11-də Qırğızıstan Hökumətinin növbədənkənar iclası keçirilib.
İclasda Qırğızıstanın Baş naziri Temir Sariev ölkənin iqtisadi göstəriciləri ilə bağlı çıxış edib. O deyib ki, biz hökumət strukturları ilə səmərəli əməkdaşlıq etmişik. Qırğızıstan Avrasiya İqtisadi Birliyi ilə əlaqələri gücləndirməlidir.
Baş nazir bildirib ki, onun Hökuməti bir il işləyib və iqtisadiyyatın dirçəldilməsi istiqamətində əlindən gələni edib.
Sonra Temir Sariev ölkənin və xalqın maraqlarını şəxsi maraqlardan üstün saydığını bildirib və istefa verdiyini deyib. O, bu haqda prezidentə məlumat verdiyini qeyd edib.