XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

11 Aprel 2016 - 16:17

Ərdoğanın Rusiya haqdadedikləri doğru çıxdı...

erdoqan-23

Bu gün Rusiyanın Stavropol vilayətindəki Daxili İşlər Nazirliyinin nümayəndəliyinin binasında üç kamikadze özünü partlatması Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözlərini gündəmə gətirib.

Strateq.az Axar.az-a istinadən xəbər verir ki, Rəcəb Tayyib Ərdoğanın 15 gün öncə Yozqat şəhərindəki çıxışında PYD-nin (PKK-nın Suriya qanadı) Rusiyaya hücum edə biləcəyi barədə xəbərdarlıq etmişdi:

“Belçikada terror törədiləcəyi barədə xəbərdarlıq etmişdik. Nəticə göz qabağındadır. İndi isə PYD-yə dəstək verən ölkələrə səslənirəm. Bunlar mənfəətləri naminə hər şeyi edərlər. Buradan Rusiyaya səslənirəm. Düşünürlər ki, PYD-yə Moskvada nümayəndəlik açdıq, bizə heç nə etməzlər. Aldanırlar. Onlar Rusiyada da terror törədə bilərlər”.

Qeyd edək ki, Ərdoğan martın 18-də Çanaqqala zəfərinin ildönümündə Belçikaya terror xəbərdarlığı etmiş, lakin rəsmi Brüssel buna ciddi yanaşmamışdı. Martın 22-də isə İŞİD Brüssel hava limanında və metrostansiyasında silsilə terror aktları törətmişdi.