XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

11 Aprel 2016 - 21:00

Somalidə jurnalistigüllələdilər

 

El Şebab üyesi eski gazeteci idam edildi

Somali jurnalistlərin ən çox öldürüldüyü ölkələrdən biri kimi tanınır. Jurnalistləri Qoruma Dərnəyinin hesabatına görə, bu ölkədə son 9 ildə 25 jurnalist qətlə yetirilib.

Afrikanın şimal-şərqində yerləşən Somalidə qəzetçiləri, demək olar ki, hər kəs ödürür-terror təşkilatları da, hökumət də, hətta qəzetçilərinin özləri də.

Yuxarıda gördüyünüz bu şəkil də əslində bu 3 jurnalist qatilliyi barədə informasiya ehtiva edir. Dirəyə bağlanan bu adam vaxtilə ölkənin ən tanınmış jurnalisti olub. Adı Həsən Hənəfidir. Ona görə dirəyə balanıb ki, güllələnəcək. Güllələyən isə başqası deyil, öz dövlətidir. Yəni Somali dövləti.

Jurnalisti bu dirəyə gətirən Mogadişu hərbi məhkəməsinin qərarı olub. Məhkəmə ona ölüm hökmü kəsib. Bu hökmü yerinə yetirən cəlladlar isə Hənəvini dirəyə bağlayıb, üzünü örtüblər. Bir azdan sonra açılan güllələr Həsən Hənəfini o biri dünyaya göndərəcək.

Həsən Hənəfi haqqında irəli sürülən ittihamlar doğrudursa, əslində jurnalist bu ölümü haqq edib. Çünki ittihama görə, o, 5 həmkarının terror təşkilatı əl-Şəbab tərəfindən öldürülməsində rol oynayıb.

Qeyd olunur ki, Hənəfi 2007-2011 illəri arasında öz həmkarlarıyla görüşərək, üzv olduğu təşkilata kömək etməyə çağırır, bunu qəbul etməyənləri ölümlə qorxudurmuş. Və həqiqətən də, bu əmrə tabe olmayanlar daha sonra əl-Şəbabın qəzəbinə gəlirmiş.

Bu gün isə göründüyü kimi, özü həmkarlarının yanına gedəsi olub.

Həsən Hənəfi səhər tezdən güllələnib.